"iOS 11" sisteminin bazar payı azalmağa başlayıb


Digərləri 22 Okt 2017 20:32:00 355 0

"iOS 11" sisteminin bazar payı azalmağa başlayıb

Real vaxt rejimində "iOS" sistemi ilə işləyən elektronikanın statistikasını izləyən "Mixpanel" servisinin məlumatına əsasən, "iOS 11" mobil əməliyyat sisteminin təqdim edilməsindən sonra ilk dəfə onun bazar payı azalmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə, "iOS 11" sistemi ictimaiyyətə cari il sentyabrın 19-da təqdim edilib. 24 saatdan sonra bu versiyanı "iPhone", "iPad" və "iPod touch" istifadəçilərinin 10,1 faizi yükləyib. Bir, iki və üç həftə sonra yeni sistemin bazar payı müvafiq olaraq 25, 35 və 47 faiz təşkil edib.