Bakıya uçan zaman problem yaranmış təyyarədən XƏBƏR VAR


Digərləri 22 Okt 2017 14:16:05 351 0

Bakıya uçan zaman problem yaranmış təyyarədən XƏBƏR VAR

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdan təyyarə Bakıya gəlib.

Trend-ə AZAL-dan verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:00 Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Qeyd edək ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi avialayner saat 22:56-da Astanada ştat rejimində eniş etdiyi haqda məlumat yayıb.