Yaponiyada növbədənkənar seçkilər keçirilir


Dünya 22 Okt 2017 11:42:00 299 0

Yaponiyada növbədənkənar seçkilər keçirilir

Bazar günü Yaponiya Parlamentinin Aşağı Palatasına növbədənkənar seçkilərə start verilib. Ölkə üzrə ümumilikdə təqribən 47 min seçki məntəqəsi açılıb.

Report TASS-a istinadən xəbər verir ki, səsvermənin yekunu üzrə 465 deputat seçiləcək. Onlardan 289 nəfəri birmandatlı dairə üzrə, 176-sı isə partiya siyahsı üzrə seçiləcək.