“Twitter” seksual paylaşımlarla mübarizə aparacaq


Digərləri 21 Okt 2017 22:15:00 294 0

“Twitter” seksual paylaşımlarla mübarizə aparacaq

"Twitter" şirkəti sosial şəbəkədə nifrətin qızışdırılması və seksual xarakterli sataşmalarla mübarizə aparmağa qərar verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, mikrobloqda insanların icazəsi olmadan onların çılpaq fotolarının yayılmasına yol verilməyəcək. Belə paylaşımlar edən səhifələr bloklanacaq.   Xüsusi mexanizm yaradılaraq istifadəçilərin onun vasitəsilə arzuolunmaz seksual kontenlər barədə xəbər verməsi təmin ediləcək. Bundan başqa, nifrət simvolları, o cümlədən svastika, zorakılıq təhdidləri də senzuraya məruz qalacaq.   Qeyd edək ki, "Twitter"də #MeToo haştaqı vasitəsilə başlayan aksiya çərçivəsində 300 min kişi seksual xarakterli hərəkətlərə məruz qaldığını bildirib.