Diqqətdən qaçan qalxanvari vəz və onun 5 düşməni Read more: https://sputnik.az/health/20171021/412435863/qalxanvarivezinbeshdushmeni.html


Digərləri 21 Okt 2017 21:59:00 351 0

Diqqətdən qaçan qalxanvari vəz və onun 5 düşməni  Read more: https://sputnik.az/health/20171021/412435863/qalxanvarivezinbeshdushmeni.html

Xroniki stress və yorğunluq qalxanvari vəzini güclü yükləmələrlə işləməyə vadar edir ki, nəticədə orqanın fəaliyyəti pozula bilər

Qalxanvari vəzini orqanizmin "dirijoru" adlandırırlar. Bu kiçik kəpənəyə oxşayan orqan orqanizmin normal fəlaiyyətində həqiqətən ən vacib rollardan birini oynayır.

Bu səbəbdən qalxanvari vəzinin funksiyalarının pozulması bütün orqan və sistemlərini sıradan çıxardır - ürək-damar, sinir, mədə-bağırsaq, cinsiyyət sistemlərində, dəridə, insanın xarici görünüşündə ciddi pozulmalar yaranır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, qalxanvari vəzi olduqca həssas orqandır və onun fəaliyyətinə bir çox amillər mənfi təsir edə blər. Sizə qalxanvari vəzinin əsas 5 düşməninin təqdim edirik. Bu düşmənləri tanıyın və orqanizminizin kiçik "dirijorunu" onlardan daim qoruyun.

1. Xroniki stress və yorğunluq. Bu iki amil qalxanvari vəzini güclü yükləmələrlə işləməyə vadar edir ki, nəticədə orqanın fəaliyyəti pozula bilər.

2. Radiasiya və buna bənzən şüalanma. Bu qalxanvari vəzi xəstəliklərinin əsas səbəblərindən biridir.

3. Siqaret çəkmək. Bir çox elmi araşdırmalar göstərir ki, siqaretlərin tüstüsündə olan ziyanlı maddələr qalxanvari vəzinin hüceyrələrinə mənfi təsir edir. Mütəxəssislər sübut edir ki, siqaret çəkən insanlarda qalxanvari vəzi xəstəliklərinə tutulmaq riski bu ziyanlı vərdişi olmayanlarla müqayisədə 2 dəfə çoxdur.