Tanınmış italyan rejissor Bakıdadır FOTO


Digərləri 21 Okt 2017 21:06:00 335 0

Tanınmış italyan rejissor Bakıdadır  FOTO

Oktyabrın 21-də Bakıda İtaliyanın tanınmış rejissor-ssenaristi Françesko Buruni ilə görüş keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İtaliyan dili həftəsi" çərçivəsində reallaşan görüşdə "Müasir dövrdə kino sənətinin inkişafı və onun ərsəyə gəlməsi" mövzusu müzakirə olunub.

Ölkəsində kino sənətinin inkişafından söz açan qonaq deyib ki, azərbaycanlı rejissorlarla bu yöndə əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanda kino çəkilişləri üçün əlverişli şəraitin olduğuna toxunan F.Buruni burada olduğu müddətdə yaranacaq yeni imkanlardan istifadə edəcəyini qeyd edib.

Tədbir qarışlıqlı müzakirələrlə davam edib, italiyalı rejissor tərəfindən maraq doğuran suallar cavablandırılıb.


Xəbərə aid fotolar