Təqva nədir?


Digərləri 21 Okt 2017 20:45:00 405 0

Təqva nədir?

"Təqva" sözünün hərfi tərcüməsi "çəkinmək, uzaq durmaq" deməkdir. Yəni təqva insanın ruhunu zərərli sifətlərdən, günahlardan uzaq saxlayır. Hədislərin bırində buyurulur: "Təqvalı insan odur ki, əgər onun bütün əməllərini açıb insanlara göstərsələr, utanmağa layiq bir əməl tapmaq mümkün olmasın".

Son.az islam.az-a istinadən bildirir ki, təqvanın mənası budur ki, insan Allahı narazı salmaqdan, qəzəbləndirməkdən qorxsun, özünü həmişə Onun nəzarəti altında hiss etsin, halal və haramlara ciddi riayət etsin.

Hədislərdə təqva gözəl xasiyyətlərin başı, peyğəmbərlərin əxlaqı kimi dəyərləndirilir. Həzrət Əli (ə) təqva haqqında buyurub: "Təqvanın zahiri tərəfi dünyada insana şərəf gətirər, batini tərəfi isə axirətdə". Quranda "təqva libası" ifadəsi işlədilir: "Təqva libası daha yaxşıdır..." (Əraf, 26). Libas insana yaraşıq verir, onun eybini örtür, onu soyuqdan və təhlükədən qoruyur. Bütün bu xüsusiyyətlər simvolik mənada təqvada da vardır. Təqva insana Allah yanında dəyər qazandırır. Qurani-kərimdə Allah-təala insanları yalnız təqvalarına görə qiymətləndirdiyini açıq-aşkar bildirir: "Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır" (Hücürat, 13). Təqvanın sayəsində insanın mənəvi çirkinlikləri, günahları məhv olur, bu rəzalətlər təqvalı ruhdan uzaqlaşır.

Təqva o qədər mühüm dəyərdir ki, bütün müqəddəslər öz xütbə və məktublarını təqvaya çağırışla başlayır, "sizə təqvalı olmağı tövsiyə edirəm" söyləyirdilər. Qurani-Kərimdə təqva ifadəsi imanla yanaşı işlədilir, buradan aydın olur ki, təqva möminə xas olan və möminin malik olması gərəkən keyfiyyətdir. Allah-Təala buyurur: "...Əgər möminsinizsə, Allaha münasibətdə təqvalı olun!" (Maidə, 57 və 112).

Bəzi ariflər təqvalı olmağı tikanlıqda yerıyən insanın halına bənzətmişlər. Tikanlıqda gəzən adam ayağını yerə diqqətlə qoyar, ətəyini yuxarı qaldırar, bir sözlə, tikanlıqla daha az təmasda olmağa çalışar. Təqvalı insan da bu dünyanın ləzzətləri qarşısında o cür davranmalıdır.

Təsəvvüf böyükləri təqvanın 3 mərtəbəsi olduğunu söyləmişlər:

Təqvanın ən aşağı həddi odur ki, insan əbədi cəzaya məhkum olmamaq üçün özünü böyük günahlardan, şirkdən qorusun. Quranda təqvanın bu mərtəbəsi haqqında buyurulur: "Allah onlara təqva kəlməsini (kəlmeyi-şəhadəti) xas etdi" (Fəth, 26).

Təqvanın ikinci mərtəbəsi günahlardan, hətta kiçik xətalardan da təmizlənməkdir. Quranda buyurulur: "Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, şübhəsiz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq" (Əraf, 96).