Yuxusuzluq beyini zəhərləyir


Digərləri 21 Okt 2017 19:10:00 405 0

Yuxusuzluq beyini zəhərləyir

Yuxusuz qalan insanların bədənlərində olan toksinlərin səviyyəsi normal yuxu almış insanların bədənindəki toksinlərlə nisbətdə daha yüksək olduğu bildirilib.

Son.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər aparılan araşdırmalarda yuxuyla təmizlənməli olan toksinlərin orqanizmə zəhərli təsir göstərdiklərini bildiriblər.   Bu araşdırmada yuxusuz insanlarla normal yuxu rejiminə malik sağlam fərdlərin qanlarındakı toksinlər müqayisə edilir və hüceyrə yükü dəyərləndirilir.   Yuxusuzluq yaşayan insanların qanında olan toksinlər və beyin hüceyrələrini də ehtiva edən bütün hüceyrələrin yükü getdikcə artır.   Nəticədə yuxusuzluq beyindəki digər dağıdıcı xəstəliklər kimi davranaraq qavrayış, hafizə və diqqət problemləri yarada bilər. Bu halda yuxusuzluq beyini zəhərləyir.