"Bizim oynadığımız qadın obrazına paxıllıq edirlər"


Şou-biznes 21 Okt 2017 15:42:00 361 0

"Bizim oynadığımız qadın obrazına paxıllıq edirlər"

"Bu şəhərdə" komandasının aktyorları, əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov və ssenarist Müşviq Abbasov "Səhər-səhər" verilişinə qonaq olublar. 

Son.az axşam.az-a istinadən bildirir ki, R.İsgəndərov tamaşada qadın libası geyindikləri üçün onları qınayanlara cavab verib. Ad çəkməyən aktyor onları tənqid ediblər:

"Söhbət iki nəfərdən danışırıq: biri aktrisa, digəri aparıcıdır. Onlar konsertimizə baxmaq üçün yalvarıb bilet istəyib. Hətta kimdənsə bilet alıb gəlib baxıblar. Bu dəqiqə desək bizimlə səhnəyə çıx, bütün serial çəkilişini atıb gələr. Hansısa xalq, əməkdar artistlə görüşəndə deyir, baxmıram ey, evdə baxırlar. Üç dəqiqə sonra səhnəcilkləri əzbər danışır. Bəs baxmırdın? Ya olduğun kimi görün, ya göründüyün kimi ol. Adam olub ki, deyir saymırsız, çağırmırsız. Fəxr etmişik ki, bizə baxmaq istəyir. Gəlib, baxırıq ölür gülməkdən. Amma sonra gedir qınayır". 

M. Abbasov "Həmin aparıcıya dəvətnamə vermişik qaça-qaça gəlib. Amma efirdə kompleksi var, bizi pisləyir" deyə, əlavə edib.