Ana 10 yaşlı qızını çimərlikdə məşhur rejissorla tək qoydu, qız zorlandı FOTO


Dünya 21 Okt 2017 14:18:00 408 0

Ana 10 yaşlı qızını çimərlikdə məşhur rejissorla tək qoydu, qız zorlandı   FOTO

"Bir neçə dəqiqə sonra o, tamamilə soyunmağımı istədi"

Amerikalı prodüser Harvi Vaynşteyn qalmaqalından sonra, indi də ən populyar kinorejissorlardan biri, 84 yaşlı Roman Polanski ilə bağlı təcavüz iddiaları yayılmaqdadır.

Son.az Britaniya mediasına istinadla bildirir ki, bu iddia ilə tanınmış rəssam Marianne Barnard çıxış edib. Rəssamın iddialarına görə Polanski ona 10 yaşı olanda təcavüz edib.

Vaynştaynla bağlı etiraflardan ilhamlanan rəssam illər sonra  təcavüzə uğradığını etiraf edib.

Mariannenin dediyinə görə, Polanski ona 10 yaşında çimərlikdə olarkən çılpaq halda fotosessiya etdikdən sonra təcavüz edib.

Kaliforniyadan olan Marianne hadisənin 1975-ci ildə baş verdiyini söyləyib.


Xəbərə aid fotolar