Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi VİDEO FOTO


Digərləri 21 Okt 2017 10:08:00 321 0

Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi  VİDEO  FOTO

Braziliyanın mərkəzindəki Qoyaniya şəhərində 14 yaşlı məktəbli sinif yoldaşlarını atəşə tutub. Gülləbaranda 2 yeniyetmə həlak olub, 4 nəfər yaralanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Qoyaniyadakı "Colegio Goyases" məktəbində yaşanıb.

14 yaşlı yeniyetmənin atası hərbi polisdə xidmət edir. Məktəbli atasının tapançasını götürərək çantasına qoyub və məktəbə aparıb. Orada isə tənəffüsdə sinif yoldaşlarına atəş açıb.

Məktəblilərdən birinin dediyinə görə, 14 yaşlı oğlanı sinif yoldaşları ələ salırdılar: "O, çox tərləyirdi və dezodorantlardan istifadə etmirdi. Buna görə sinif yoldaşları ona "murdar, pis qoxuyan" deyirdilər. O da inciyib, təhqirdən qəzəblənib və qisas almaq qərarına gəlib".


Xəbərə aid fotolar