WhatsAppda faydalı yenilik var


Digərləri 21 Okt 2017 08:31:00 357 0

WhatsAppda faydalı yenilik var

"WhatsApp" istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location" adlanan funksiya servisin hazırkı sahibi - "Facebook" şirkətindən götürülüb.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS", həm də "Android" qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger"də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, "Live Location" funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində "+", daha sonra "Location" düyməsini basdıqdan sonra yeni "Live Location paylaşma" funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra "Göndərmək" düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.