Britaniya Parlamentində Azərbaycanda qadın hüquqları müzakərə olunacaq


Dünya 21 Okt 2017 08:38:00 379 0

Britaniya Parlamentində Azərbaycanda qadın hüquqları müzakərə olunacaq

Müzakirələr Britaniya Parlamenti üzvlərinin təşəbbüsü ilə baş tutacaq

Londonda Böyük Britaniya Parlamenti üzvlərinin təşəbbüsü və dəvəti, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın iştirakı ilə Azərbaycanda qadın hüquqlarının inkişafı, əldə edilmiş tarixi nailiyyətlərə həsr edilmiş debat keçiriləcək.

Son.az "Report"a istinadən bildirir ki, debat 26 oktyabr tarixində, Böyük Britaniya Parlamentində baş tutacaq. Debatda qadınlara səsvermə hüququnun verilməsinin 100 illik tarixindən, Azərbaycan qadınlarının idarəçilikdəki rolundan və qadın hüququnun inkişafında əldə edilmiş digər nailiyyətlərdən danışılacaq.