İki ekranlı smartfon təqdim olundu


Digərləri 21 Okt 2017 08:25:00 257 0

İki ekranlı smartfon təqdim olundu

Çinin "ZTE" şirkəti "Axon M" adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.

Son.az ICTnews-a istinadən bildirir ki, cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və "Snapdragon 821" qabaqcıl prosessoru, 4 QB əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Zərif əl hərəkəti ilə kitab kimi açılan smartfon, həmçinin ikinci 5,2 düymlük ekrana malikdir. İkinci ekran birinci ekranla birgə, həm də ayrıca istifadə oluna bilər.