"Şeyx Həmzət" azadlığını 3,6 milyon avroya aldı


Digərləri 20 Okt 2017 22:03:00 351 0

"Şeyx Həmzət" azadlığını 3,6 milyon avroya aldı

Niderland məhkəməsi, oktyabrın 18-də çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirov və onun yaxın adamları girov və yüksək vergi ödəyicisi olan üç biznesmenin zəmanəti müqabilində azadlığa buraxıb. 

Son.az bildirir ki, bu barədə "Sputnik Azərbaycan"a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Qastəmirov öz azadlığına görə, məhkəməyə 3,6 milyon avro ödəməli olub.

Xatırladaq ki, Hollandiya hökuməti çeçen əsilli kriminal avtoriteti saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edib. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, "Sxiphol" hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.

Ötən gün Amsterdamda "Ümumavropa oğru kassasının nəzarətçisi" adlandırılan "qanuni oğru" Qastəmirovun məhkəməsi baş tutub. Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasiminə qatılmaq üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.