Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb (FOTO)


Digərləri 20 Okt 2017 19:40:00 249 0

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb (FOTO)

Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Bakı. Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisinin partlamış giliz hissəsi aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.