MTRŞ bu TVyə peyk yayımı üçün lisenziyası verildi


Digərləri 20 Okt 2017 17:26:00 350 0

MTRŞ bu TVyə peyk yayımı üçün lisenziyası verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda "Muz TV Azərbaycan" MMC-yə peyk yayımı üçün, "AZTELEKOM" MMC-yə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi MMC-yə, "CLİP TV" MMC-yə, "MetroNet" MMC-yə, "AzFiberNet" MMC-yə, "Rahat Telecom" MMC-yə, "FARAON - 1" MMC-yə, "Qafqaznet" MMC-yə, "Teleport" MMC-yə, "Netpoint" MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.