Kiyev məhkəməsi Ukrayna prezidenti barəsində cinayət işinin açılmasına dair qərər qəbul edib


Dünya 20 Okt 2017 15:37:27 310 0

Kiyev məhkəməsi Ukrayna prezidenti barəsində cinayət işinin açılmasına dair qərər qəbul edib

Pyotr Poroşenko ilə daxili işlər naziri Arsen Avakov arasında çadırların qurulması ilə bağlı mübahisə olub

Kiyevin Peçer rayon Məhkəməsi Ukrayna Milli Polisinə ölkə prezidenti Pyotr Poroşneko barəsində cinayət işi başlamağı tapşırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna baş prokurorunun keçmiş müavini, vəkil Renat Kuzmin özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, məhkəmə P.Poroşnekonun Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini Ukrayna vətənaşlığından qanunsuz məhrum etməsi qənaətinə gəlib: “Məhkəmə Ukraynanın daxili işlər naziri Arsen Avakovu Saakaşvilinin vətəndaşlıqdan məhrum etdiyi üçün Pyotr Poroşenkoyay qarşı cinayət işi başlamağa məcbur edir”.

Vəkilin sözlərinə görə, bir müddət əvvəl M.Saakaşvilinin vətəndaşlıqdan məhrum etdiyi üçün prezident P.Poroşonko və onun tabeliyində olanlara qarşı cinayət işinin başlanılması haqqında təqdimatına Ukraynanın Baş Prokurorluğu və polisi baxmaqdan imtian edib.

Qeyd edək ki, Kiyevdə parlamentin binası qarşısında M.Saakaşvilinin tərəfdarları və digər müxalifət qüvvələrinin birgə etiraz aksiyası keçirilir. Məlumata görə, “Maydan”da çadırlar qurulub.

İnformasiyaya əsasən, P.Poroşenko ilə daxili işlər naziri Arsen Avakov arasında çadırların qurulması ilə bağlı mübahisə olub.

Məlumata görə, oktyabrın 17-də P.Poroşenko polis rəhbərliyi ilə görüşdə deyib: “Saakaşvili və Semençenkonun adamlarının Qruşevsk küçəsində çadır qurması məni qıcıqlandırır”. 

O, daxili işlər naziri A.Avakovu bu məsələdə fəaliyyətsizlikdə ittiham edib.