Qobustanda oğlandan 70 yaşlı anasına qarşı rüsvayçı hərəkət: dəfələrlə cinsi əlaqədə oldu...


Digərləri 20 Okt 2017 15:24:00 278 0

Qobustanda oğlandan 70 yaşlı anasına qarşı rüsvayçı hərəkət: dəfələrlə cinsi əlaqədə oldu...

Qobustan rayonunda 70 yaşlı anasına təcavüz etməkdə təqsirli bilinən 27 yaşlı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Cavid Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Bir neçə saatlıq müşavirə keçirə hakimlər zala qayıdaraq hökm elan ediblər.

Hökmə əsasən, Cavid Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cavid Məmmədov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 234-cü (qanunsuz narkotik vasitə əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham edilib.