Kataloniyada erkən seçkilər keçiriləcək


Dünya 20 Okt 2017 14:41:00 361 0

Kataloniyada erkən seçkilər keçiriləcək

İspaniyanın müxalif Sosialist partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, seçkilərin 2018-cu ilin yanvarında keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, oktyabrın 21-də İspaniya Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək. Bu iclasda Kataloniyanın muxtariyyətinin dayandırılması məsələsi müzakirə olunacaq.