Azərbaycan hökuməti 2021ci ilədək ÜDMin sabit artımını gözləyir


Digərləri 20 Okt 2017 14:31:00 290 0

Azərbaycan hökuməti 2021ci ilədək ÜDMin sabit artımını gözləyir

Azərbaycan hökuməti 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) real artımını 1,5 faiz həcmində proqnozlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2018-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrində bildirilir.

Sənədə əsasən, gələn il Azərbaycanın ÜDM-nin 69,4 milyard manat olacağı gözlənilir. ÜDM-də qeyri-neft sektorunun payının 2,9 faiz artaraq 47,6 milyard təşkil edəcəyi gözlənilir.

Azərbaycan ÜDM-nin 83 faizinin özəl sektorda formlaşacağı gözlənilir.

2016-cı ildə ölkənin ÜDM-i 3,1 faiz azalmışdı. Bu il ölkə iqtisadiyyatının 0,3 faiz artacağı və artımın 2021-ci ilədək davam edəcəyi gözlənilir.

2017-2021-ci illərdə Azərbaycan ÜDM-nin artımı üzrə hökumətin proqnozu

 

2017-ci il

2018-ci il

2019-cu il

2020-ci il

2021-ci il

ÜDM-in həcmi (milyard manatla)

68,164

69,396