Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub


Digərləri 20 Okt 2017 14:26:00 270 0

Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub

Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub.

Bakı. Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.