Konstitusiyaya dəyişiklik


Digərləri 20 Okt 2017 13:46:25 281 0

Konstitusiyaya dəyişiklik

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin "seçkilərdə iştirak etmək" hüququ, "seçilmək" hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır.

Bunlar aşağıdakılardır:

- bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasımn Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasmm Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);