Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər


Digərləri 20 Okt 2017 12:41:00 233 0

Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər

Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşüb səs veriblər

Bakı. Elçin Mehdiyev - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qətnamələrin qəbulunda səsvermə zamanı bir sıra insanlar təsir altına düşərək səs veriblər. Burada ilk növbədə Ukraynadan olan deputatları qeyd etmək istəyirəm. Ukrayna deputatları Azərbaycan əleyhinə çıxış ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli məclisin deputatı Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib. S.Seyidov bildirib ki, Ukrayna-Azərbaycan əlaqələri inkişaf mərhələsini yaşayır: “Təəssüf ki, həmin deputatlar Azərbaycanın əleyhinə səs veriblər. Bu onların Ukraynaya qarşı çıxması deməkdir. Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar". Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, AŞ PA-nın sessiyasında Azərbaycan əleyhinə sənədlərə Ukraynadan olan digər partiyaların nümayəndələri səs verdilər: "Təəssüflər olsun ki, hökumət partiyasının üzvləri də bitərəfli səsvermədə iştirak etdilər. Bütün bu metodları biz hamımız yaxşı bilirik. Bu bizi fikirləşməyə vadar edir”.