Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri SİYAHI


Digərləri 20 Okt 2017 11:16:00 263 0

Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri  SİYAHI

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar sərmayə yatırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və Bəhreyn tərəfindən qoyulub:

"Eyni zamanda, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb".