Hindistanda nəqliyyat deposu uçub, 8 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünya 20 Okt 2017 10:06:26 315 0
1952-ci ildə tikilmiş bu, binanın uçmasına yağışın səbəb olduğu güman edilir
Hindistanın Tamilnad ştatının Naqapattinam dairəsinin Porayar yaşayış məntəqəsində nəqliyyat deposunun bir hissəsinin uçması nəticəsində azı 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı binanın içində Tamilnad Nəqliyyat Şirkətinin növbədən sonra dincələn əməkdaşları, sürücülər, avtobus konduktorlar olub.
Hadisənin səbəbi hələ ki məlum deyil.
Məlumata görə, son bir neçə gündə Porayar ştatına güclü yağış yağıb. 1952-ci ildə tikilmiş bu, binanın uçmasına yağışın səbəb olduğu güman edilir.
Mənbə: report.az