"Azərbaycanda 40 110 kVluq yarımstansiya tikilib"


Digərləri 20 Okt 2017 09:35:00 284 0

"Azərbaycanda 40 110 kVluq yarımstansiya tikilib"

Azərbaycanda ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC-in sədri Baba Rzayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9 500 MVA-dan 2017-cı ilin sonuna 11 900 MVA-ya çatdırılacaq.

B.Rzayev qeyd edib ki, ölkədə aparılan islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb: "Azərbaycanın müstəqil enerji infrastrukturunun formalaşdırılması, xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib. Ümumilikdə, ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV-luq yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-cı illərdə 4 894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577 514 dayaq quraşdırılıb, 45 818 km uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırlan yeni tipli elektron sayğacların sayı 1 621 871-ə çatıb".