ABŞ-da universitetdə silahlı hücum: 2 tələbə ölüb


Digərləri 20 Okt 2017 09:39:13 202 0

ABŞ-da universitetdə silahlı hücum: 2 tələbə ölüb

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb.

Bakı. ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb. Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərin tələbə olduğu bildirilir. Hücumu təşkil edən şəxs ölüb. Onun hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.