Noutbukların avtonomluğunda inqilab gözlənilir


Digərləri 20 Okt 2017 08:17:00 285 0

Noutbukların avtonomluğunda inqilab gözlənilir

"Microsoft" korporasiyasının "Asus", "HP" və "Lenovo" şirkətləri kimi tərəfdaşları bazarda qüvvələr nisbətini dəyişəcək noutbuklar buraxmağa hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ istehsalçısının meneceri Pit Bernardın sözlərinə görə, iki gündə bir dəfə enerji ilə doldurulma tələb edəcək "ARM" versiyası əsasında işləyən "Windows 10" əməliyyat sistemli planşetlər bazarda əsl inqilab yaradacaq.

Məlumata görə, "Qualcomm" şirkəti "ARM" prosessorlu "Windows" sistemli noutbukları dekabrda satışa çıxarmağı planlaşdırır. "Microsoft" isə bu qurğuların akkumulyatorlarının avtonomluq müddətini uzatmağı üzərinə götürüb.