ABŞ-da aviaşirkət tamamilə qadınlardan ibarət heyətlə ilk reys edib


Dünya 20 Okt 2017 08:07:23 339 0

ABŞ-da aviaşirkət tamamilə qadınlardan ibarət heyətlə ilk reys edib

Təyyarəni idarə etmiş iki pilot qadın olub

ABŞ-ın "Southwest Airlines" aviaşirkəti tamamilə qadınlardan ibarət ekipajla ilk reysi edib.

"Report"un RİA "Novoti"yə istinadən məlumatına görə, bu barədə şirkətin "Twitter"ində bildirilib.

"Southwest Airlines" reysin göndərilməsindən əvvəlcə çəkilmiş fotonu yayıb. Qeyd edilir ki, "Boeing-737" Sent-Luisdən San-Fransiskoya uçub. Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da həmçinin qadındır.

"Twitter" istifadəçiləri bununla bağlı şərhlərdə "Southwest Airlines"in nailiyyətini yüksək qiymətləndiriblər.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildəc lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.