Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət


Digərləri 20 Okt 2017 07:21:00 314 0

Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət

"Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri üzrə azyaşlı uşaqların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 uşaq ölüb, 40 nəfəri isə yaralanıb".

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə hadisələrin, o cümlədən ölən və xəsarət alanların sayı azalıb: "Ötən il 58 hadisə, 12 ölüm, 48 xəsarət faktı qeydə alınmışdı. Lakin bu müsbət tendensiyaya baxmayaraq, hətta 4 uşağın ölməsi və 40-nın yaralanması da bizi çox məyus edir. Uşaqların ölümü bütün hallarda ürəkdağlayıcıdır. Ona görə də bu sahədə tədbirlərimizi davam etdirməliyik. Eyni zamanda, ailələrdə, həmçinin, məktəblərdə uşaqların yol hərəkəti qaydalarına əməl etmələrinə, xüsusən yolu keçərkən ehtiyatlı olmalarına maksimum diqqət ayrılmalıdır. Həmçinin, sürücülər də avtomobildə uşaqların təhlükəsiz daşınması üçün qaydalara tam riayət etməlidirlər".

Bölmə rəisi sözlərini aşağıdakı statistika ilə əsaslandırıb: