Sürücülər arasında yeni "dəb" Cəzaları daha ağır olacaq


Digərləri 20 Okt 2017 07:07:00 266 0

Sürücülər arasında yeni "dəb"  Cəzaları daha ağır olacaq

Bakıda yol-nəqliyyat hadisəsi yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd halları ilə bağlı statistika açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı Son.az-ın sorğusuna cavab olaraq deyib ki, bu ilin 9 ayı ərzində 21 yol-nəqliyyat hadisəsi zamanı sürücülər hadisə yerini qaçaraq tərk edib.

Bölmə rəisi qeyd edib ki, həmin hadisələr zamanı 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb: "Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində 14 faktın üstü (3 ölüm, 17 xəsarət) isti izlərlə dərhal açılıb. 2 nəfərin xəsarət aldığı 7 hadisənin də günahkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər isə davam etdirilir".