PKKnın 24 terrorçusu məhv edildi


Dünya 19 Okt 2017 23:53:00 338 0

PKKnın 24 terrorçusu məhv edildi

Türkiyə hərbçiləri terrorçuların İraqın şimalındakı Zap regionunda mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraqın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilən PKK terrorçularının sayı 24-ə çatıb. Eyni zamanda PKK terrorçuları Mardin vilayətinin Darkeçid rayonunda 4 nəfəri oğurlayıb.