"AvtoVAZ" 20 minə yaxın avtomobili geri çağırdı


Digərləri 19 Okt 2017 22:39:00 255 0

"AvtoVAZ" 20 minə yaxın avtomobili geri çağırdı

"AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

Bakı. "AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb. Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin fevralından satılmış "Lada Xray" modellərinə şamil olunur. Bu avtomobillərdə akkumulyator kənarlarına qoruyucu lentlər ödənişsiz yapışdırılacaq.