Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib


Digərləri 19 Okt 2017 19:44:25 149 0

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib.

Bu barədə Nazirlikdən "Report"a verilən məlumatda bildirilib ki, vakant ştat vahidləri Məhkəmə Ekspertizası Mərkəzində, əsasən, filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur.

Arzu edənlər oktyabr ayından etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri təqdim edə bilərlər.