Qoca meymun insan kimi davrandı VİDEO FOTO


Digərləri 19 Okt 2017 19:42:00 385 0

Qoca meymun insan kimi davrandı  VİDEO  FOTO

Bəzən heyvanların reaksiyaları, davranışları insan davranışından fərqlənmir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Hollandiyanın Arnem şəhərindəki Kral Burqer Zooparkında saxlanan 59 yaşlı şimpanze "Mama" bərk xəstələnib.

Yeməkdən və sudan imtina edən Mama volyerində samanlara uzanaraq kimsəni dinləmirdi, kimsədən yemək götürmürdü.

Naçar qalan zoopark əməkdaşları professor Yan van Hoffu çağırıblar. Professor şimpanze Mamanı 1972-ci ildən tanıyırdı.

Ölüm ayağında olan şimpanze köhnə dostunu dərhal tanımasa da, sonradan professoru sığallamağa başlayıb. Mama dostunu tanımışdı.


Xəbərə aid fotolar