Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz"


Şou-biznes 19 Okt 2017 18:12:00 448 0

Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz"

Tacir Şahmalıoğlu müğənni Fədayə Laçın haqqında danışıb.

Son.az azxeber.com-a istinadən xəbər verir ki, 5/5 verilişində qonaq olan Tacir Fədayə ilə birlikdə səhnədə olmağından peşman olmadığını bildirib: "Fədaya ilə duet oxumağıma görə peşman deyiləm. Onun yaratdığı musiqini oxuya bilərlər, amma onun kimi kimsə ola bilməz. Onun oxuduğu tərzdə kimsə oxuya bilməz. Ən çətin mahnıları o ərsəyə gətirib".

Qeyd edək ki, bir müddət əvvəl mətbuat Fədaya Laçın və Tacir Şahmalıoğlunun keçmişdə sevgili olmaları ilə bağlı xəbərlər yayılmışdı. Fədaya Laçın bu iddiaları təsdiqləsə də, Tacir Şahmalıoğlu iddiaları yalanlamışdı.