"SOCAR PETROLEUM" sıxılmış təbii qaz satacaq


Digərləri 19 Okt 2017 17:18:00 392 0

"SOCAR PETROLEUM" sıxılmış təbii qaz satacaq

"SOCAR PETROLEUM" müştərilərinə qiymət baxımından xeyli sərfəli olan yanacaq növünü təqdim edir.

Son.az bildirir ki, şirkətdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin ikinci rübündən etibarən "SOCAR PETROLEUM" QSC "SOCAR" brendi ilə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın (STQ - beynəlxalq miqyasında CNG, yəni "Compressed Natural Gas") satışı və avtomobillərin STQ ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirəcək.

Belə ki, xüsusi yaradılmış servis mərkəzlərində avtomobillərə İtaliya istehsalı olan keyfiyyətli, təhlükəsiz STQ qurğularının quraşdırılması nəzərdə tutulur.

Təklif olunacaq bu xidmət üçün qeydiyyat artıq başlayıb. Bunun üçün avtomobilinə CNG avadanlığı quraşdırmaq istəyən hər bir avtomobil sahibi ilk öncə www.socar-petroleum.az internet səhifəsinin "CNG" bölməsində və ya facebook səhifəsində qeydiyyatdan keçməlidir.