Ticarət mərkəzində qadının qulağından qızıl sırğanı qoparıb qaçan şəxs saxlanıldı


Digərləri 19 Okt 2017 15:50:00 247 0

Ticarət mərkəzində qadının qulağından qızıl sırğanı qoparıb qaçan şəxs saxlanıldı

Nəsimi və Sumqayıtda Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edərək qaçmağa cəhd göstərən şəxsləri yaxalayıblar.

Bakı. Nəsimi və Sumqayıtda Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edərək qaçmağa cəhd göstərən şəxsləri yaxalayıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb. Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs isə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.