Lənkəranskinin yaxın adamı 3,6 milyon avroya həbsdən AZAD OLDU


Dünya 19 Okt 2017 15:48:00 303 0

Lənkəranskinin yaxın adamı 3,6 milyon avroya həbsdən AZAD OLDU

Kriminal avtoritet, Şeyx Xamzat kimi tanınan çeçen Xamzat Qastamirov və onunla əlbir olan dəstə üzvləri 18 oktyabr tarixində Niderland məhkəməsi tərəfindən azad edilib. 

Son.az sputnik-ə istinadən xəbər verir ki, kriminal avtoritetə üç biznesmen zamin dayanıb. Qastamirov azad olunması üçün məhkəməyə 3,6 milyon avro rüşvət verib.

Niderland hakimiyyəti saxta pasportdan istifadə və qanunsuz odlu silah daşıması maddələri ilə Qastamirovu ittiham edirdi. Şeyx Xamzat tutularkən üzərindən bir tapança, bank kartları, üç mobil telefon və bahalı saat götürülüb. Bununla yanaşı, digər saxlanılan şəxslərdə 6 "Kalaşnikov" tapançası və 4 avtomat aşkar edilib.