MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalanıb


Digərləri 19 Okt 2017 14:09:43 216 0

MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalanıb

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilib.

Bakı. Elçin Mehdiyev – Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilib. Trend-in məlumatına görə, iclasda 8 ölkənin sərhəd qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin, MDB İcrayə Komitəsinin rəhbəri qatılıb. Tədbirdə iştirak edən MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının sədr müavini Aleksandr Manilov bildirib ki, bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 çox əsas məsələ daxil edilib. Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.