Xaricdən daxil olan sorğuları səhv və ya gec cavablandıranlar cərimələnəcəklər


Digərləri 19 Okt 2017 13:31:00 265 0

Xaricdən daxil olan sorğuları səhv və ya gec cavablandıranlar cərimələnəcəklər

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında məlumat verilib.

Bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.