Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü VİDEO FOTO


Dünya 19 Okt 2017 13:21:04 374 0

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü  VİDEO  FOTO

Ukraynanın Xarkov şəhərində baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar əldə edilib.

Son.az Britaniya mediasına istinadla bildirir ki, Ukraynanın Xarkov şəhərində oliqarx qızı Alyona Zaitseva "Lexus" avtomobili ilə qırmızı işıqda keçərək dəhşətli qəzaya səbəb olub.

O, yol kənarında dayanan piyadaların üstündən keçib. Qəza nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən biri 15 yaşlı məktəbli qızdır. Yaralılar arasında hamilə qadın da var.

Şahidlərin dediyinə görə, qəzadan sonra Alyonanın mühafizəçiləri hadisə yerinə gələrək onu yaralıların ətrafına toplaşanların arasından qaçırdıblar.


Xəbərə aid fotolar