Sahibkarlara ŞAD XƏBƏR: müddət uzadılır


Digərləri 19 Okt 2017 11:49:19 338 0

Sahibkarlara ŞAD XƏBƏR: müddət uzadılır

Azərbaycanda sahibkarlıq sahəsinin yoxlanılmasına moratoriumun müddəti 2021-ci ilədək uzadılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Son.az APA-ya istinadən xəbər verir ki, komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir".