Floridada təyyarə avtomobil yoluna qəza enişi edib,


Dünya 19 Okt 2017 08:33:00 332 0

Floridada təyyarə avtomobil yoluna qəza enişi edib,

ABŞ-ın Florida ştatının Sent-Pitersberq şəhərində yüngülmotorlu təyyarə avtomobil yoluna qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, eniş edərkən təyyarə bir neçə avtomobil ilə toqquşub, 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanların 2-sinə yerində tibbi yardım göstərilib, 3-ü isə xəstəxanaya yerləşdirilib.