Hindistanda fabrikdə partlayış baş verib: 8 ölü, 20 yaralı


Digərləri 19 Okt 2017 06:13:00 216 0

Hindistanda fabrikdə partlayış baş verib: 8 ölü, 20 yaralı

Hindistanın Orissa ştatında, fişəng istehsal edən fabrikdə partlayış və ardınca yanğın baş verib

Bakı. Hindistanın Orissa ştatında, fişəng istehsal edən fabrikdə partlayış və ardınca yanğın baş verib. Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində 8 nəfər həlak olub, azı 20 nəfər isə yaralanıb. Yerli polisin məlumatına əsasən, ölənlərin və yaralananların sayı arta bilər. Partlayışın sabəbi araşdırılır.