Zəncirvari qəza baş verib, xəsarət alan var


Digərləri 18 Okt 2017 23:42:00 357 0

Zəncirvari qəza baş verib, xəsarət alan var

Qəza üç maşının toqquşması nəticəsində baş verib

Mingəçevir-Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Xaldan qəsəbəsi ilə Əkşəm kəndi arasında baş verib.

Qəfil qarşısına çıxan traktordan yayınmaq istəyən "Ford" markalı mikroavtobusu arxadan vuran "Mercedes" markalı minik maşını avtobusun traktorla toqquşmasına səbəb olub. Nəticədə xəsarət alan "Ford"un sürücüsü Elşən Qarayev xəstəxanaya yerləşdirilib.