WhatsAppda dostları izləmək mümkün olacaq


Digərləri 18 Okt 2017 19:10:00 296 0

WhatsAppda dostları izləmək mümkün olacaq

"WhatsApp" istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər.

Son.az ICTnews-a istinadən xəbər verir ki, "Live Location" adlanan funksiya servisin hazırkı sahibi - "Facebook" şirkətindən götürülüb.

Yeni funksiyadan yaxın vaxtlarda həm "iOS", həm də "Android" qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger"də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.