Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar


Şou-biznes 18 Okt 2017 17:52:00 391 0

Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar

Mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən qurtulub, formaya düşən, səhhətində də müsbət dəyişikliklər edən tanınmış simalar az deyil. Onların əksəriyyəti belə bir əməliyyat olunduqlarını mətbuatdan gizlətsələr də, bəziləri haqqında informasiyalar üzə çıxıb. 

Son.az medicina.az-a istinadən bu məşhurların siyahısını təqdim edir:

•Murad Dadaşov - əməkdar artist Bakıda yox, xarici ölkədə əməliyyat etdirib. Əvvəlcə əməliyyat yox, sadəcə, müalicə və pəhrizlə Amerikada arıqlamağa başladığı barədə müsahibələr versə də, o, cəmi 1 dəfə əməliyyat etirafını edib. Özü etiraf etdiyi kimi, həyatında ilk dəfə 3 rəqəmli çəkidən - 130 kq-dan  2 rəqəmli çəkiyə - 95 kq-a düşən Murad Dadaşov arıqlamağa davam edirdi. Lakin son dövrlər nədənsə çəkisində yenidən artım nəzərə çarpır. 

•Tünzalə Əliyeva - Toppuş bacı kimi tanınan əməkdar artist 1-2 dəfə artıq kilo və piylərin götürülməsi əməliyyatı keçirsə də, mədə kiçiltmə əməliyyatını Türkiyədə keçirib. Lakin bu haqda geniş məlumat vermir. Bir müddət çəkisi, hətta 145 kq-a çatan aktrisa xeyli çəki atıb.