Aİ binası yenə tüstüləndi


Digərləri 18 Okt 2017 15:26:13 271 0

Aİ binası yenə tüstüləndi

Brüsseldə Avropa İttifaqı Şurasının yeni binasında növbəti dəfə təxliyə işləri aparılıb.

Bakı. Brüsseldə Avropa İttifaqı Şurasının yeni binasında növbəti dəfə təxliyə işləri aparılıb. Trend-in məlumatına görə, binanın yeməkxana hissəsindəki havalandırma sistemində tüstülənmə qeydə alınıb. Dərhal əməkdaşlar təxliyə edilib, bəzi şəxslər tüstüdən halsızlaşıb. Qeyd edək ki, oktyabrın 13-də də oxşar hal qeydə alınmışdı.